AzərbaycanDünya

Ermənistan saytları Şaumyanın Xankəndidəki heykəlindən YAZDI

Ermənistanın bəzi informasiya portalları bolşevik liderlərindən bir olan Stepan Şaumyanın Xankəndidəki heykəlinin sökülməsindən yazıb.

Sözügedən xəbərlərdən belə məlum olur ki, erməni jurnalistlər heykəlin belə tezliklə yıxılacağını gözləmirlərmiş. Ermənilər təəssüf hissi keçirdiklərini qeyd ediblər.

Stepan Şaumyan XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli kommunist-daşnak inqilabçı olub. O, 1900-cü ildən Kommunist Partiyasının üzvü, 26 Bakı komissarının rəhbəri idi.

Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji məqsədi elan etmiş erməni millətçiliyinin maraqlarını ifadə edirdi. 1918-ci ilin mart-aprel aylarında Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin apardığı siyasətin nəticəsi on minlərlə azərbaycanlının soyqırımı oldu.

Tarixi faktlar göstərir ki, 26 Bakı Komissarı 20 sentyabr 1918-ci ildə hazırkı Türkmənistanın ərazisində, ingilis Mərkəzi Asiya ekspedisiyası tərəfindən güllələnərkən Şaumyan onların arasında olmayıb. O, qaçıb Hindistanda gizlənib və orada yaşayaraq ölüb.

Sovet dövründə Xankəndi şəhərinin adı dəyişdirilərək Stepan Şaumyanın adına “Stepanakert” qoyulmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button