Dünya

Yerdə güclü zəlzələ və daşqınlar gözlənilir?

“Günəşdə nəhəng çatların əmələ gəlməsi mümkün deyil. Adi insanların çat adlandırdıqları işıqlı buludlardır”.

bunu fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Yer Maqnitizmi İnstitutunun baş elmi işçisi Boris Filippov “İzvestiya”-ya müsahibəsində deyib.

Daha əvvəl “Space.com” saytında məlumat yayılmışdı ki, Günəşdə maqnit sapının püskürməsi nəticəsində eni təxminən 6200 mil (10 min km) olan və on dəfə uzun olan kanyon yaranıb.

Alim bunu inkar edib:“Birincisi, Günəşdə çatlar yoxdur, bu, ulduzun dağılmasına səbəb olmayacaq. Jurnalistlərin adətən çatlar adlandırdıqları və bəzi spektral görünüşlərdə Günəşin təsvirlərində tünd xətlər əslində görünür, əksər hallarda bunlar Günəş diskinin fonunda görünən qabarıqlıqlardır.

Filippov deyib ki, ulduzun kənarında müşahidə edilən parlaq buludlara prominenslər deyilir: “Əgər o, parlaq deyil, qaranlıqdırsa və Günəşin səthində müşahidə olunursa, bu hadisə günəş filamentləri adlanır. Bu filamentlər – plazma yığınları nəticəsində bəzən Günəş tarazlığını itirir, sürətlə yüksəlir, partlayır və planetlərarası fəzada hərəkət edərək alışmaya  çevrilir”.

Belə alışmalar Yerin maqnit sahəsi ilə toqquşduqda güclü maqnit qasırğalarına səbəb olur. Filippov etiraf edib ki, yaxın gələcəkdə planetdə ən sonuncu Günəş alışmasının səbəb olduğu maqnit qasırğası olacaq. Mütəxəssis bu səbəbdən Yer üzündə zəlzələ və daşqınları istisna edib, lakin xatırladıb ki, maqnit qasırğası elektrik şəbəkələrində, rabitə xətlərində həddindən artıq gərginliyə səbəb ola bilər. Həmçinin peyklərə və hava şəraitindən asılı olan insanların sağlamlığına təsir göstərəcək.

Xatırladaq ki, güclü Günəş alışmaları 2025-ci ilə qədər davam edəcək. Günəş hazırda təxminən hər 11 ildən bir baş verən yüksək aktivlik dövrünü yaşayır.

Related Articles

Bir cavab yazın

Back to top button