Dünyaİran

ABŞ-nin İranın dron proqramına qarşı yeni sanksiyaları

Amerika Birləşmiş Ştatları İranın pilotsuz təyyarə proqramını dəstəkləmək bəhanəsi ilə İran, Malayziya, Honkonq və İndoneziyada 10 hüquqi və 4 fiziki şəxsi sanksiya siyahısına daxil edib.

Sanksiyaya məruz qalanlardan 3-ü İran, digəri isə İndoneziya vətəndaşıdır. Şirkətlərdən 4-ü Malayziyada, 4-ü İranda, 1-i Honkonqda, 1-i isə İndoneziyada qeydiyyatdan keçib.

ABŞ Maliyyə Nazirliyi iddia edib ki, bu şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin özünü təmin edən cihad təşkilatına bir neçə milyon dollar dəyərində hissələrin çatdırılmasını asanlaşdırıb.

#İran #ABS

Related Articles

Bir cavab yazın

Back to top button