İran

İranın internet keyfiyyətinə görə reytinqi açıqlandı

İran internet keyfiyyətinə görə yenidən geriləyərək 121 ölkə arasında 95-ci yerdə qərarlaşıb.

Bu barədə İranın “Dünyayi iqtisad” saytı məlumat yayıb. Bildirilib ki, İran bu sahədə öncəki illə müqayisədə 11 pillə geriləyib.
Bununla yanaşı, İran internet kəsintilərinə görə 50 ölkə arasında 47-ci yerdədir.

Həmçinin internetin məhdudlaşdırılmasına görə 50 ölkə arasında 49-cu, internet sürəti indeksinə görə isə 50-ci yerdədir.

Qeyd edək ki, İran ötən il dünyada internet azadlığı və azad informasiya dövriyyəsinin düşməni seçilib.

“Surfşark” internet saytı dünyada internet məhdudiyyətləri ilə bağlı son hesabatında İranın dünyada ikinci ən çox məhdudiyyət tətbiq edən ölkə olduğunu açıqlayıb.

#İran #İnternet

Related Articles

Bir cavab yazın

Back to top button