Azərbaycanİran

İran yenə sərhədlərin dəyişməsinə imkan verməyəcəyi bəyan etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ermənistan-Azərbaycan arasında baş verən son toqquşma ilə bağlı açıqlama verib.

O, tərəfləri təmkinli olmağa çağırıb və mübahisələriin sülh yolu ilə, beynəlxalq hüquq əsasında həll edilməli olduğunu deyib.

Nasir Kənani bundan öncə İran rəsmilərinin bölgədə sərhədlərin dəyişməcəyi ilə bağlı fikirlərini təkrar edib.

“Biz bir daha İran tərəfindən Bakı və Ermənistanın sərhədlərində hər hansı dəyişikliyin yolverilməzliyini vurğulayırıq”-deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

İranın hadisələri diqqətlə izlədiyini deyən Kənani iki ölkənin, Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini və İranın münaqişənin həlli üçün hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button