Dünyaİran

Ermənistandan yüksək heyət dünən Tehrana gedib

İranın İrəvandakı ticarət müşaviri bidirib ki, bu il meyın 24-də ölkəsinin Yol və Şəhərlər Vəzirliyi ilə Ermənistanın İqtisad Vəzirliyi arasında imzalanan Anlaşma Sənədinin icrası ilə maraqlanmaq üçün Ermənistanın İqtisad vəzirinin müavini Varus Simonyan və bölgəsəl İdarəetmə eləcə də Alt Quruluş vəzirinın müavini Armen Simonyan ötən gün, juənin 27-də Tehrana səfər ediblər.

Ölkənın xəbər ajanslarının verdiyi məlumata görə, bu haqda danışan Əkbər Qodari bildirib: “Tranzitin durumunun araşdırılması və İrandan Ermənistana tərkibli yük daşımalarının sadələşdirilməsi və alt quruluşun tamamlanması, yol ödənişinin azaldılması və manelərin aradan qaldırılması vasitəsi ilə iki ölkə arasında gediş-gəlişin və tranzitin asanlaşdırılması üçün strateji tərhlərin hazırlanması, Ermənistanın alt quruluş projələrinin, xüsusilə qizey- güney otubanı, dəmir yolu projəsinin və İranın təcrübəli şirkətlərinin sərmayəyatırımı və həyata keçirilməsində iştirakının nəzərdən keçirilməsi, Ermənistanın maşın və dəmir yolu şəbəkəsinin Naxçıvan və başqa yollarla İran dəmir yolu şəbəkəsinə qoşulmasının, Ermənistanın alt quruluşlu projələrində iştirak etmək, bağlantı və quru yolların yenidən qurulması, iki ölkə arasında uçuşların durumunun nəzərdən keçirilməsi və hava yolları vasitəsi ilə daşımaçılığı alanında əməkdaşlığın genişləndirilməsi sözügedən anlaşma sənədinin önəmli bəndlərindən sayılır”.
Onun sözlərinə görə, səfər zamanı İran şirkətlərinin Mehri Azad İqtisadi Məntəqəsində fəaliyyət imkanları, İrandan Ermənistana bir günlük cücələrin sadiratındakı problemlər, bilgi mübadiləsi, gömrük sənədləri və mənşə mücəvvizləri ilə bağlı məsələlərin müzakirəsi gündəlikdədir.
Bildirək ki, işğalçı Ermənistanla müxtəlif alanlarda əməkdaşlığını hər gün daha da genişləndirən İran hökuməti Azərbaycana münasibətdə isə hər zaman ikili standartlara yol verib və riyakar davranış sərgiləyib.

Related Articles

Bir cavab yazın

Back to top button