Dünyaİran

Suriyada İran bayraqları yığışdırıldı

Suriyanın yenidən Ərəb Liqasına qayıtması barədə danışıqlarla eyni vaxtda bu ölkənin müxtəlif bölgələrində İran bayraqları yığışdırılıb.

Bu barədə məlumat yayan Suriya İnsan haqları Müşahidə Qrupu, bayraqların rəsmi Dəməşqin göstərişi ilə yığışdırıldığını bildirib.

Bununla yanaşı İrana bağlı “Fatimiyyun” və “Zeynəbiyyun” silahlı qruplaşmalarının da bayraqları yığışdırılıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu bu hərəkəti Dəməşqin Ərəb Liqası Birliyinə qayıtmaq üçün İrana bağlı silahlı qruplaşmaların Suriyadan çıxarılması öhdəliyinə uyğun hesab edib.

Related Articles

Bir cavab yazın

Back to top button