İran

Tehranda covid-19-la bağlı vəziyyət gərgindir

Tehran mərizxanalarında koronavirusa tutulan 1100 məriz Ay-Si:-Yu: (ICU) bəxşinə, 230 məriz isə intubə bəxşinə yerləşdiriliblər. Bu barədə Tehran ustandarı Ənuşirəvan Möhsüni Bəndpey məlumat verib. Onun sözlərinə görə, murdadın 2-3-də Tehran ustanında mərizxanaya yerləşdirilən mərizlərin sayı pik həddə çatıb. Nəticədə 4500 nəfər mərizxanaya yerləşdirilib.
Bir neçə aydır Güney Azərbaycan bölgələrində koronavirusun yayılması ən yüksək həddə çatıb. Təəssüf ki, hətta İranın Sağlıq Vəzirliyinin gündəlik rəsmi quzarişlərində Şərqi və Qərbi Azərbaycan və Ərdəbil ustanlarında koronovirusla bağlı vəziyyət hələ də qırmızıdır.
Bölgədə ölüm sayının kəskin artmasına səbəb mərizxanaların az olması, yer çatışmazlığı və təchizatın köhnə olmasıdır. Habelə dava və tibbi ləvazimlərin olmaması da qurbanların sayının artmasına təsir edib.
Ancaq İran dövləti Güney Azərbaycan bölgələrinə ayrı-seçkilik etməklə, ümumi duruma əhəmiyyət vermir. Bölgədə virusa tutulan və ölənlərin sayının yüksək olması İranı heçdə narahat etmir.

Related Articles

Bir cavab yazın

Back to top button