İran

İran Baş Qərargah rəisinin təyyarəsinə eniş icazəsi vermədi- Açıqlama

İspaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Fernando Alexandr Martinesin təyyarəsinə İranda eniş etməyə uzun müddət icazə verilməyib.

Məlumatı RİA “Novosti” yayıb.

Bildirilib ki, general Əfqanıstanda xidmət edən İspaniya hərbçiləri ilə görüşdən qayıdırmış. “Falcon” təyyarəsi İranın hava məkanından heç bir maneə olmadan Əfqanıstana uçub. Ancaq general geri qayıdarkən İranın aviasiya xidməti gözlənilmədən onun təyyarəsinə enmək üçün uzun müddət icazə verməyib.

İran hakimiyyəti vurğulayıb ki, mülki təyyarə olduğunu zənn etdiklərindən ispan generala Kabula uçmağa icazə veriblər. İspaniya tərəfi isə İranı uçuşun xarakteri barədə tam məlumatlandırdıqlarını təsdiqləyib.

Nəticədə uzun sürən diplomatik gərginlikdən sonra təyyarəyə dekabrın 18-də gecə saatlarında İranın hava məkanından uçmağa icazə verilib.  /Report

Related Articles

Bir cavab yazın

Back to top button