İran

İranın iqtisadiyyat nazir Rza Fatimi Əmini istefaya göndərildi

İranın sənaye, mədən və ticarət naziri Rza Fatimi Əmini aprelin 30-da parlamentə çağırılıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Rza Fatimi Əmini avtomobil qiymətlərinin və sənaye istehsalı xərclərinin artması ilə bağlı impiçment araşdırması çərçivəsində parlamentə dəvət edilib.

Məlumata görə, nazir parlamentin açıq iclasında iştirak edib və nazirliyin fəaliyyətindən və sənayenin zəif idarə olunmasından şikayətlənən deputatların suallarını cavablandırıb.

İclasın sonunda nazirin istefaya göndərilməsi ilə bağlı səsvermə keçirib.

Naziri müdafiə etmək üçün prezidenti İbrahim Rəisi də parlamentin iclasında iştirak edib.

Qeyd edək ki, Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi impiçmentin qarşısını almaq üçün nazirin millət vəkillərinə bahalı və lüks avtomobillər payladığını açıqlamışdı.

İran parlamentinin deputatları sənaye, mədən və ticarət naziri Rza Fatimi Əmininin impiçmentinə razılıq veriblər.

Bununla da Rza Fatimi Əmini nazir vəzifəsindən istefaya göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button