Azərbaycan

“Traxtur” rəhbərliyi son olaylarla bağlı açıqlama yayıb

Təbrizin "Traxtur" futbol klubu türkiyəli baş məşqçi Ərtoğrul Sağlamın komandadan ayrılması və baş verən başqa dəyişikliklərlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, klub Ərtoğrul Sağlamı saxlamaq istəyir, lakin vaxt itkisinə yol verməmək üçün başqa mütəxəssislərlə də danışıqlar aparılır.

“”Traxtur”un coşğulu tərəfdarlarını arxayın edirik ki, klubun transfer komitəsi klubun gücləndirilməsini diqqətdən kənarda qoymayıb.

Hazırkı oyunçularla müqavilənin uzadılması düşünülür. Həmçinin kluba dəvət etmək üçün keyfiyyətli futbolçularla danışıqlar aparılır”-deyə, rəhbərliyin açıqlamasında bildirilib.

Qeyd edək ki, türkiyəli mütəxəssis Ərtoğrul Sağlam Təbrizin “Traxtur”dan ayrılıb.

Buna səbəb klub rəhbərliyi ilə Sağlam arasında fikir ayrılığının yaranmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button