Azərbaycan

Güney Azərbaycan bölgələrində narkomaniya geniş yayılıb

Güney Azərbaycan bölgələrində narkomaniya geniş yayılıb. Bu barədə milli-mədəni fəallar Abbas Lisaninin teleqram kanalında xəbərdarlıq ediblər.

Milli-mədəni fəallar durumun olduğu barədə xəbərdarlıq ediblər.

Məsələ ilə balı məlumat verən fəallar, xüsusilə sərhədyanı bölgələrdə, o cümlədən Biləsuvar, Germi və Aslanduz şəhərlərində, onların raf kndlərində narkamanların sayının durmadan artdığını yazıblar.

Məlumatda adı çəkilən bölgələrdə narkotik maddələrin tranzitinin həyata keçirildiyi, bu işlə məşğul olanların dəstəkləndiyi üçün günü-gündən fəaliyyətlərinin genişləndiyi və narkotik maddələrdən istifadəyə aludə olan Azərbaycan gənclərinin çoxaldığı deyilir.

“Tehran hökuməti Azərbaycanı narkotiklərin Avropaya giriş qapısına və bu maddələrin İrandan Azərbaycan Respublikası, Ermənistan, Türkiyə və İraqa çıxışı üçün tranzit marşrutuna çevirib.

Narkotiklərlə mübarizə üzrə beynəlxalq təşkilatların dərc etdiyi xəritələrə görə, Güney Azərbaycan Əfqanıstan, Pakistan və İrandan Avropaya narkotik tranzit marşrutlarının kəsişdiyi yerdir. Bu, İran hökumət başçılarının iqtisadi maraqlarını və qeyri-insani siyasətlərini göstərən fakt çox sayda faktlardan biridir”-deyə, məlumatda qeyd edilib.

Ekspertlərin fikrincə, İran İslam Respublikası bu məqsədyönlü siyasəti ilə bir tərəfdən Azərbaycan cəmiyyətinin insan resurslarını məhv etmək, başqa tərəfdən isə Azərbaycanda narkomaniya və narkotik maddələrin istehlakı artıraraq  Azərbaycanda demoqrafik tərkibi dəyişmək üçün İranın son 100 ildə tətbiq etmək istədiyi siyasəti yerinə yetirməkdən ibarətdir.

Qeyd edək ki, bundan bir neçə il öncəyə kimi Güney Azərbaycan bölgələri narkomanların sayına görə İranda ən təmiz bölgə hesab edilirdi.

Related Articles

Bir cavab yazın

Back to top button