İran

Avropa Parlamenti Beynəlxalq Hüquqlarla bağlı İrana çağırış edib

İranda insan haqlarının pozulması halları ilə bağlı Avropa Parlımanının üzvləri tərəfindən İrana qarşı təhrimlər tərhi təsvib edilib. Belə ki, tərh Avropa Parlımanının üzvlərinin bu gün keçirilən toplantısında qəbul edilib. Bununla yanaşı, Beynəlmiləl Mədəni və Siyasi Hüquqlar Anlaşmasına tam əməl etmək üçün İrana çağırış edilib. Parlıman nümayəndələri iranlı güləşçi Nəvid Əfkarinin, müxalif jurnalist Ruhullah Zəmin edam edilməsini və insan haqları fəalı Nəsrin Sutudenin zindana qaytarılmasını kəskin şəkildə qınayıblar. Onlar universitet ustadı, tənqidçi Əhməd Riza Cəlali barəsində çıxarılan ölüm hökmünün ləğvini və onun azad edilməsini tələb ediblər.
Sənədin mətnində İranda söz azadlığına və dinc toplaşma azadlığına qarşı basqı və maneələrin olduğu vurğulanıb. Bildirilib ki, Avropa Parlımanı İranda 2019-cu ilin noyabr və 2020-ci il yanvar etirazları zamanı insan haqlarının pozulması hallarının araşdırılmasına və qanun pozuntularına cavabdeh olanlara qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsinə dair çağırış edib.

Related Articles

Bir cavab yazın

Back to top button