Dünya

Ukrayna ordusu Gerasimovu öldürmək üçün hücum edib

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada döyüş bölgəsinə səfəri zamanı hücuma məruz qalıb.

bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bildirilir ki, ABŞ tərəfi Gerasimovun Ukrayna səfərindən xəbərdar olsa da, onun hücuma məruz qalmaması üçün Ukraynaya məlumat verməyib. ABŞ bunun Rusiya ilə birbaşa müharibəyə səbəb olacağından çəkinib. Lakin Ukrayna tərəfi öz kəşfiyyatına əsasən Gerasimovun səfərindən xəbər tutub və onun olduğu döyüş bölgəsinə hücum edib. Məlumata görə, hücumlar zamanı onlarla rus əsgəri həlak olub.Gerasimov isə xəsarət almayıb. Gerasimovun nə vaxt Ukraynaya getdiyi açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button