Azərbaycan

Azərbaycanın güneyində fəaliyyət göstərən ziyalılarımız – Hüseyn Cavid (1882-1941)

Hüseyn Cavid şair, yazıçı və dramaturqdur. Naxçıvanın indiki Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb.

İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T. Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə qəfil tutulduğu göz xəstəliyindən müalicə olunmaq üçün Təbriz şəhərinə getmiş, müalicə almaqla yanaşı, Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir.

1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button