
Bildirilib ki, bu buraxılış qurğularının çatdırılması həyata keçərsə, İran Rusiyanın Ukraynaya hücumunu dəstəkləyəcək və Tehranla Moskva arasında təhlükəsizlik əlaqələrinin genişlənməsinin növbəti təsdiqi olacaq.
Analitiklərin fikrincə, 120 kilometr mənzilli “Fateh-360” ballistik raketi Rusiyanı münaqişənin ön xəttində Ukrayna qüvvələrinə, eləcə də iki ölkə sərhədinə yaxın hərbi hədəflərə və əhali mərkəzlərinə atəş açmaq üçün yeni silahla təmin edəcək.