Azərbaycan

Təbriz Darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri

Qacarlar sülaləsinin məşhur nümayəndəsi şahzadə Nadir Mirzənin (1827-1885) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri” adlı əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib

 Qacarlar sülaləsinin məşhur nümayəndəsi şahzadə Nadir Mirzənin (1827-1885) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri” adlı əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Kitab Təbriz şəhərinin qədim dövrlərdən tutmuş XIX əsrədək olan tarixi mənzərəsini əks etdirir. Nadir Mirzə əsəri yazarkən özünün qırxillik müşahidələrini qələmə almaqla bərabər, yüzə yaxın tarixi sənəddən, məktublardan və fərmanlardan da istifadə edib ki, bunlar da kitabda təqdim olunur. Kitabda Təbrizdə baş vermiş ən mühüm tarixi hadisələr, əhalinin yaşayış tərzi və adət-ənənələri, Təbrizdəki məhəllələr, qədim tikililər, çoğrafi məkanlar, bağ-bağçalar, burada bişirilən təamlar haqqında geniş və dəqiq məlumat verilir. Bundan başqa əsərdə Təbrizin görkəmli siyasət və din xadimləri, alimləri, şairləri, o cümlədən Təbrizin tarixində iz qoymuş sadə sakinlər barəsində də bəhs olunur.

Related Articles

Bir cavab yazın

Back to top button