İran

MİLLİ FƏAL RUZBEH PİRİ AZADLIĞA BURAXILIB

Öyrənci hərəkəti fəalı azərbaycanlı Ruzbeh Piri Təbriz zindanında 3 aylıq həbs cəzasını tamamlayıb. Beləliklə, tir ayının 15-i azadlığa buraxılıb.

Xatırladaq ki, Piri Aban etirazları zamanı qardaşı Yaşar Piri ilə birgə əmniyyəti qüvvələr tərəfindən tutuqlanıb. Milli fəallar 80 gün Sipahın Aşura İttilaatı tərəfindən soruşdurma və işkəncəyə məruz qaldıqdan sonra Təbrizin inqilab dadqahında 10 ay həbsə məhkum edilib. Qeyd edək ki, fəalın həbs müddəti təcdid nəzər dadqahında 3 aya düşürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button