Dünya

Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar koridor razılaşdırılıb

Ukraynanın şəhər və qəsəbələrindən əhalinin təxliyəsi üçün 9 humanitar koridor razılaşdırılıb.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib. Lakin, o, “Facebook” hesabındakı paylaşımında Mariupol üçün təhlükəsiz dəhlizin hələ də razılaşdırılmadığını qeyd edib.

Vereşçuk şəhəri tərk etmək istəyən insanların dərmanlar və digər humanitar yardımların olduğu Berdyanska gedə biləcəklərinə ümidvar olduğunu qeyd edib. Əlavə edib ki, əhalinin nəql edilməsi üçün 24 avtobus hazır vəziyyətdə gözləyir.

Məlumata görə, Mariupoldan əhalinin təxliyəsi ilə bağlı əvvəlki cəhdlər Rusiyanın razılaşdırılmış müvəqqəti atəşkəsi pozaraq liman şəhərini atəşə tutması nəticəsində uğursuz olub. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button