Azərbaycan

Xocalı Soyqırımının İl Dönümü İlə Bağlı Güney Azərbaycan Siyasi Quruluşlarının Bəyanatı

26 Fevral 1992 dünyanın və bəşəriyyətin utanc verici və
üzünün qara olduğu bir gündür.
O gecə Xocalıda dinc əhalinin evlərinə hücum çəkən, Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı şəhəri işğal etmiş, Azərbaycanlı dinc əhalini soyqırıma məruz qoymuşlardır.
Bu qətliamda uşaq, qoca, qadın-kişi demədən 613 insanımız vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər isə girov götürülmüşdür.
Əlbəttə ki, bunlar bütün dünyanın gözləri önündə xalqımıza və vətənimizə qarşı törədilmiş cinayətdir.
Biz tariximizdən dərs almalı, yaşadığımız acıları, gələcək nəsillərimizi və dövlətimizi qoruyub saxlamaq adına unutmamalıyıq.
Bizlər, Güney Azərbaycanın siyasi quruluşları olaraq dərin hüzün və ibrət hissiyatı içində bu vasitə ilə İran İslam Respublikasının Xocalı Soyqırımı və Qarabağla bağlı siyasətlərini bir daha qınamağı özümüzə borc bilirik. Özünü müsəlman sayan və hal-hazırda xalqımızın 40 milyonunu müstəmləkə durumunda saxlayan İran rejimi birinci Qarabağ savaşından bu günədək hər zaman işğalçı Ermənistana və xalqımızın soyqırım edilməsinə hər cür dəstək vermiş, bir dəfə olsun Xocalı soyqırımının əziz xatirəsini yad etmək üçün xalqımızın toplanmasına izin verməmiş və buna cəhd edənləri tutuqlayıb ağır cəzalara məhkum etmişdir. Bizlər İranın Azərbaycana qarşı düşmənçiliyini 44 günlük müharibə zamanı və Zəngəzur məsələsində açıq şəkildə gördük. Təbii olaraq Azərbaycan Türk milləti bu düşmənçiliyi unudmayacaq və gərəyini yerinə gətirəcəkdir.

Uca yaradan başa Xocalı soyqırımının qurbanları olmaqla, bütün şəhidlərimizin ruhunu şad eləsin, millətimizi və dövlətimizi qorusun.

🔹Azərbaycan Mərkəz Partiyası – AMP

🔹Azərbaycan Milli Dirəniş Təşkilatı – DİRƏNİŞ

🔹Azərbaycan Öyrənci Hərəkatı – AZOH

🔹Güney Azərbaycan Demokrat Partiyası -GADP

26/02/2023

Related Articles

Bir cavab yazın

Back to top button