Dünya

AEBA Zaporojye AES-dəki obyektləri yoxlamaq üçün əlavə icazə istəyir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasının obyektlərinin təftişi üçün əlavə çıxış tələb edib.

Bu barədə AEBA-nın saytında yerləşdirilən press-relizdə deyilir.

AEBA-nın baş direktoru Rafael Qrossi bildirib ki, agentliyin mütəxəssisləri son günlər və həftələr ərzində AES-in müəyyən hissələrinə, o cümlədən iri soyuducu hovuzların bəzi hissələrinə baxış və nüvə obyektində gəzinti təftişi həyata keçirib.

Bu hadisələr zamanı onlar heç bir vizual minalanma əlamətlərini və ya partlayıcı maddələrin olmasını hiss etməyiblər.

Eyni zamanda, AEBA ekspertləri ərazidə mina və ya partlayıcı maddələrin olmadığını təsdiqləmək AES-ə əlavə giriş üçün sorğu təqdim ediblər. Onlar hesab edirlər ki, 3-cü və 4-cü reaktorların damlarına, eləcə də turbin zallarına və stansiyanın soyutma sisteminin hissələrinə çıxış əldə etmək vacibdir.

Qrossi Avropanın ən böyük AES-inin müharibə şəraitində mühafizəsinin beş əsas prinsipinə tam riayət olunmasına nəzarət üçün AEBA komandası tərəfindən stansiyanın bütün hissələrinin yoxlanmasını vacib hesab edir. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button