Azərbaycan

Vərziğanda daha bir etirazçı həbs edilib

Onun təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı deyilir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədəninin işçilərinin tətil aksiyasının dördüncü günündə daha bir mədənçinin həbs edildiyi bildirilir.

Güneyli fəalların verdiyi məlumata görə, iyulun 7-dən 8-ə keçən gecə mədənçilərin aksiyasının fəallarından biri İsmayıl İzədxah öz evində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb və bununlada həbs edilən etirazçıların sayı 8-ə çatıb.

Buna və başqa əməkdaşlarının həbsinə etiraz edən mədənçilərin mədən ərazisində qurduqları çadırları yığışdırmaq üçün gecə saat 01 radələrində xüsusi təyinatlı qüvvələrin yenidən basqın etdiyi bildirilir.

Fəalların verdiyi məlumatda qısa müddətli qarşıdurmadan sonra etirazçılar çadırlarını yışığışdıraraq mədən ərazisindən aralıda qurublar.

Tətil aksiyasının dayandırılması üçün işçilərlə görüşə gələn Şərqi Azərbaycan Əmək Departamentinin başçısı Hüseyn Fəthinin vədlərinin bundan öncəkilər kimi yalan olduğunu deyən mədənçilər aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Azərbaycanlı işçilər Hüseyn Fəthinin əyalətin televizya kanalında çıxış edərək mədənçilərə qarşı zorakılıq edilmədiyi barədə yalan çıxışını xatırladıb və həbs olunan yoldaşlarının azadlığa buraxılmayana qədər heç bir danışıq aparmayacaqlarını diqqətə çatdırıblar.

Qeyd edək ki, Süngün mis mədəninin işçiləri iyulun 5-dən tətil aksiyasına əl ataraq işi dayandırıblar.

İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən  podratçılar tərəfindən istismar edildiklərini deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button