Dünya

Rusiya Azərbaycan, Türkiyə, Özbəkistan və Ermənistandan idxal olunan bəzi kənd təsərrüfatı mallarına qadağa qoydu

Rusiyanın kənd təsərrüfatı məhsulları üzərində nəzarətçilik edən dövlət qurumu tərkibində normadan çox zərərvericilərin aşkarlanması səbəbindən dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edən qərar çıxarıb.

Bakı bunun texniki səhv olduğunu qəbul etdi və bu problemi həll etmək planlarını açıqladı. Azərbaycan tərəfi aşkarlanan halın həm istehsalçı, həm də istehlakçılar üçün böyük problemə çevrilməməsi üçün Rusiya tərəfinə analizlər nətiəsində hansı bölgələrdən gələn tomat və almaların aşkar edilməsi və digər bölgələrin məhsullarına yasağın götürülməsini təklif edib. Hazırda bu məsələlər iki ölkənin müvafiq qurumları tərəfindən öyrənilir. .

Ötən ildən başlayaraq indiyə qədər Rusiya statistikasına əsasən, Azərbaycan Rusiyaya pomidor tədarükünə görə birinci yeri tutur.

Federal Gömrük Xidmətinin məlumatlarına görə, Azərbaycan Rusiyaya ən böyük təzə və soyudulmuş pomidor tədarükçüsüdür. 2019-cu ildə Rusiya Azərbaycandan 189,1 milyon dollar dəyərində 172,3 min ton pomidor və tomat idxal edib ki, bu da bu ölkənin ümumi tərəvəz idxalatının 30 faizinə bərabər olub.

Bu il də Azərbaycan lider olaraq qalır: 2020-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə, 169,6 milyon dollar dəyərində 153 min ton məhsul idxal edilib.

Azərbaycandan sonra Rusiya bazarına tomat və pomidor ixracına görə Türkiyə tutur. 2019-cu ildə Rusiya Türkiyədən 113.6 milyon dollar dəyərində 93.9 min ton məhsul alıb. Üçüncü yerdə isə 69.4 min ton (84.1 milyon dollar) ilə Çin qərarlaşıb.
Qeyd edək ki, dekabrın 14-dən Rusiya həmçinin Ermənistanın Armavir bölgəsindən (Azərbaycanla həmsərhəd deyil) yetişən pomidor və bibər idxalını da qadağan edir. Elə həmin tarixdən Rusiya Türkiyənin Antalyiya vilayətində və Özbəkistanın isə Qaşqadar vilyatəində yetişdirilən eyniadlı məhsulları tərkibində normadan artıq zərərvericilər (söhbəöt istixana şəraitində yetişdirilərkən verilən kimyəvi gübrələrin miqdarından gedir) olduğuna görə idxalını dayandırır.
Özbəkistan tərəvəz məhsullarının Rusiya bazarına idxalına görə 4-cü yerdə qərarlaşıb, Ermənistan isə səkkizinci.

Related Articles

Bir cavab yazın

Back to top button