Araşdırma & Təhlilİran

İslam Cumhurəyyəti və İrani-İslami həyat tərzi projəsi

İran İslam Cumhuriyyəti iş başına gəldikdən sonra təkcə siyasi rejimi dəyişmədi. İslam Cumhuriyyəti həm də yenidın bir toplum yaratmaq istədi. Təhsil sistemi yenidən düzəlincə Tehran hakimiyyəti yeni bir nəslin yetişdirilməsini hədəflədi. Gənc Devrimçilər qurduqları idealları bütün ölkəyə hakim qılmaq istəyirdilər. Buna görə də öz düşüncələrindən başqa heç bir alternativ düşüncəyə yaşamaq imkanı vermirdilər. Radikal düşüncələrin meydana gəlib bir siyasi reim altında yığışan İslam Cumhuriyyəti özünə məxsus bir toplum qurmaq istəyirdi.

Buna görə İslami İnqilabın ilk aylarında Kültürəl İnqilab adı altına bir para işlər görüldü. Hakimiyyət o tarixdə özəlliklə təhsil sistemini əlinə aldı. Sinemadan, dərgilərə qədər geniş eləcə də dəqiq bir sansur sistemi quruldu. Bu sistem get gedə daha da gücləndi və iş o yerə gəlb çatdı ki, hakimiyyətin kontrolundan qıraqda heç bir iş ortaya çıxanmırdı.

Əli Xaməneyi İnqilab Rəhbəri olduqdan sonra bu sansur sistemi daha da sərtləşdi. İlk aylardan ortaya çıxan zorunlu İslami Hicabın kontrolu daha da sistematik bir hala gəldi. Ancaq bütün çabalara baxmayaraq gün geçdikcə özəlliklə yeni nəsil daha çox İslami kültürlə İran hakimiyyətinin idealından uzaqlaşıdı. Əli Xaməneyinin sürəkli dediyi İrani-İslami kültür ancaq hakimiyyətin ətrafındakı bir azınlıqa məhdud qaldı. Yeni nəsil son dərəcə Qərb kültürünə uyğun və həvəskar oldu. Sansur və basqıya baxmayaraq gənclərin bütün giyinmə tərzləri və mənimsədikləri həyat tərziylə İslam Cumhuriyyəti idealları arasında dağlar qədər fərq vardı. Bu məsafə zaman sürəcində daha da çoxaldı. 2019-cu ildə Dünya Sağlıq örgütü İranı ən çox əlkol içən 9-cu ölkə olduğunu açıqladı. Yayılan açıqlamada özəlliklə gənclər arasında əlkol düşgünlüyü illərə görə daha da artıb. Bu bir haldadır ki, İran qanunlarına görə hətta Əlkollu içkiləri içən ölüm cəzasıyla belə qarşı- qarşıya qalabilər. Ancaq İran millətləri bütün basqılara göz yumaraq hətta ölümü belə gözə alıb öz bildiyi yönə gedir.

Ayrı və ən önəmli basqıların biri də İrani və daha doğrusu Fars kültürünün zorla millətə təhmil edilməsidir. Fars olmayan millətlərin dili ilə kültürünün yasaqlanması bu sistematik sansur şəbəkəsinin önəmli bir parçasıdır. Nə qədər İslami kültür zorla millətə yüklənirsə Fars kültürü də millətə zorla təhmil olunur.

Ancaq elə burada da toplum öz yolunu gedir. Son illərdə özəlliklə Azərbaycan bölgəsində yaranan milli oyanış sayəsində insanların bu basqılara baş qaldırdığını görmək olar. Bütün yasaq və çətinliklərə baxmayaraq hər gün Türk kültürü və mədəniyyəti daha çox rəğbət qazanır. İnsanlar uşaqları və İş yerlərinə daha çox Türkcə adlar seçirlər. Bununla da İran İslam Cumhuriyyətinin bu projəsinin açıq utuzduğunu görmək olar.

Related Articles

Bir cavab yazın

Back to top button