Dünya

“HƏMAS-ı tamamilə məhv etmək mümkün deyil”- Blinken

ABŞ dövlət katibi Entoni Blinkenin İsrail rəsmiləri ilə görüşdə onlara xəbərdarlıq edib.

“Aznewstv” xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” televiziyasında yayımlanan xəbərdə bildirilib.

Xəbərə görə, Blinken nazirlərə “Sizin arzularınız olduğu kimi, fələstinlilərin də arzuları var, bunu qəbul etməlisiniz” deyib. İsrailin strateji işlər naziri Ron Dermerin isə cavab olaraq İordan çayının qərb sahilindəki fələstinlilərin 85 faizinin HƏMAS-ın 7 oktyabrda həyata keçirdiyi hücumu dəstəklədiyini bildirib.

Bundan sonra Blinken İsrail rəsmilərinin diqqətinə çatdırıb ki, “HƏMAS-ı tamamilə məhv etmək mümkün deyil”.

Sözügedən xəbərlə bağlı İsrail və ABŞ-dan heç bir açıqlama gəlməyib.

Related Articles

Bir cavab yazın

Back to top button