Dünya

ABŞ kəşfiyyatında korona virusla bağlı açıqlama: “Bioloji silah kimi…”

ABŞ kəşfiyyatında Çinin Vuhan Virusologiya İnstitutunda (WIV) baş verən hadisənin koronavirus pandemiyasına səbəb olduğuna dair heç bir sübut yoxdur.

Bu barədə Amerika kəşfiyyat xidmətlərinin ABŞ Konqresinə göndərilmiş hesabatında deyilir.

Sənədin məxfilikdən çıxarılan variantı ölkənin milli kəşfiyyat direktorunun ofisi tərəfindən ixtisarlarla açıqlanıb.

Sənəddə deyilir ki, ABŞ kəşfiyyat cəmiyyətinin bütün departamentlərinin qiymətləndirməsinə əsasən “SARS-CoV-2” virusu bioloji silah kimi hazırlanmayıb.

Bundan əlavə, qiymətləndirmələrə görə, bir sıra Vuhan Virusologiya İnstitutunun alimləri ənənəvi laboratoriya üsullarından istifadə edərək koronavirusların genetik formalarını öyrəniblər.

“Bununla belə, ABŞ kəşfiyyatının bu təcrübələrdə SARS-COV-2-nin istifadəsinə dair heç bir dəlil yoxdur”. (report)

Related Articles

Bir cavab yazın

Back to top button