İran

Milli fəal Əli Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

Mürəxəsi müddəti bitən azərbaycanlı fəal Əli Vasiqi mey ayının 17-i ordibehiştin 27- ilə bərabər Ərdəbil həbsxanasına geri qayıdıb. Xatırladaq ki, fəal avrilin 26-da 50 milyon tümənlik vəsiqə qarşılığında 20 günlük mürəxəsiyə buraxılıb.
Artıraq ki, 2020-ci il juənin 10-da Vasiqi qardaşları Ərdəbil şəhərindəki iş yerlərində əmniyyət məmurları tərəfindən tutuqlanıb. Fəallar məmurlar tərəfindən döyülüb. Vasiqi qardaşları “şəbnamələr yaymaqla ölkənin milli əmniyyətinə qarşı cinayət törətməyə cəhd” ittihamı ilə iki il həbsə məhkum ediliblər. Qeyd edək ki, mürəxəsi hüququndan dəfələrlə müraciətdən sonra və ya vəsiqə qarşılığında az sayda məhbus istifadə edə bilir. Bir çox siyasi məhbus isə hələ də bu hüquqdan məhrum edilib. Vurğulayaq ki, milli fəal Abbas Lisaninin mürəxəsiyə buraxılması üçün vəsiqə qoyulmasına, bütün hüquqi mərhələlərin icra edilməsinə baxmayaraq, hələ də hüquqlarından istifadə etməsinə imkan verilmir. Məsullar “yuxarılardan bu barədə yazılı göstəriş olmalıdır” bəhanəsi ilə Lisaniyə mürəxəsi icazəsi verməkdən boyun qaçırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button