İran

İranın sərgilədiyi mövqe və real mənzərə

Bəllidir ki, İran Türkiyəyə qarşı özünü hər zaman rəqib kimi sərgiləyib. İranda fars milliyyətçiliyi düşüncəsinin hakim olması, antitürk siyasətinin yürüdülməsi habelə ayrı münasibətlərin normal axarla davam etdirilməsinə imkan verməyib.
1357-ci ilin İslam İnqilabından sonra “İnqilab Suduru” adı altında aparılan siyasət sayəsində Tehran hakimiyyəti Türkiyə topraqlarında da özünə yer açmaya çalışır. Türkiyənin isə İrana münasibəti hər zaman demokrasi qalibindn özünü göstərib. Türkiyə bütün hallarda bölgədə sülh və təhlükəsiz şərait yaradılmasının tərəfdarı kimi çıxış edir. Ancaq son olaylarda Zindəştiyə bağlı qrup üzvlərinin ələ keçirilməsi İranda biryanlı qarşılanmır.
Türkiyə mediasının yaydığı bilgilərə görə, 2015-dən sonra İran hakimiyyəti Türkiyədəki teror işlərini artırıb. Desambrın 14-də Türkiyənin Milli Əmniyyət Təşkilatı uyuşdurucu alış-verişi ilə bağlı axtarış əməliyyatı keçirir. Nəticədə iranlı qaçaqçı Naci Şerifi Zindəşti ilə ilgidə şübhəli bilinən 13 nəfər saxlanılır. Nöbədən qıraq axtarış əməliyyatı zamanı İran ittilaatının şəbəkəsi məhv edilir. Məsələ ilə bağlı axtarış əməliyyatları hələ də davam etdirilir.
Bununla da illərdir muxəddir maddə qaçaqçılığı edən dəstənin bir neçə üzvü tutuqlanaraq sıradan çıxarılır .
İranda uzun müddət həllini tapmayan ictimai məsələlərdən biri də qumar saytları ilə ilgilidir. Onlarla, bəlkə də yüzlərlə gənci yanlış vərdişlərə yönəldən bu saytların işləməsi hələ də dayandırılmayıb. Çoxlu pullarını bu saytlarda xərcləyənlər ölkədə tüğyan edən iqtisadi böhran arxasında bütün var dövlətini əldən verir və daha doğrusu uduzur. İddialara görə, hətta yüzlərlə ailənin dağılmasına gətirib çıxaran bu saytlar İran hakimiyyətinin göstərişi ilə idarə edilir. Bu saytlarda çeşidli oyunlar oynamaq örtüyündə pul köçürmələrinin icrası rəsmi bank sisteminə girişlə baş tutur. Yəni birbaşa olmasa da, dolayısı ilə İran hakimiyyəti bu olaylardan xəbərdardır. Bu şəbəkə ilə saytlar öz qurbanlarını ictimai media, özəlliklə instagramdan tora salır. Ölkənin tanınmış simaları bu saytları təbliğ edib tanıtdırmaqla qurbanlarının demək olarsa, inamını qazanır. Reklamlarda tanınmışların lüks yaşamı insanları bu məsələyə daha çox çəkir. Bununla da həm fəhşa, həm müxəddirə, həm də ayrı pis vərdişlər ictimaiyyətin gözü önündə sərgilənir.
Beləliklə, səslənilən bütün hallar, İranın hər şeydən xəbərsiz xəbərsiz olduğunu göstərməsi əslində bu ölkənin mənzərəsinə ciddi şəkildə təsir göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button