İran

Himmətinin Güney Azərbaycanda səs toplaya bilməməsinin səbəbi: Artıq “Yaşasın Azərbaycan” demək yetmir

İranda xordadın 28-də keçirilən prezident seçkilərinin təbliğat-təşviqat dönəmində namizədlər, əsasən, türklərin, özəlliklə də güney azərbaycanlıların rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar.

Belə ki, namizədlərdən ikisi, hətta türk olduğunu deyərək “bizdə azəri yoxdur, türk var” kimi şüarlar səsləndirib güney azərbaycanlıların onlara rəy verməsinə çalışırdılar.

Məsələn, illər öncə Möhsün Mehrəlizadənin türk olması onun Güney Azərbaycan millətindən rəy alması üçün yetərli idi. Amma ötən 16 ildə güney azərbaycanlıların tərcihləri dəyişib.

Himmətinin seçkidə Güney Azərbaycandan rəy toplaya bilməməsinin səbəblərindən biri də onun islahatçı olmasıdır. Belə ki, islahatçı Həsən Ruhaninin hakimiyyəti dövründə “iranşəhrilər” kimi türk düşmənliyi edən qruplar hökumətin içərisində kök atıb. Bundan başqa, Həsən Ruhaninin hakimiyyəti dövründə onun seçkidən öncə söz verdiyi Ana Yasanın 15-ci əsli icrası, eləcə də Türk dili və Ədəbiyyatı Akademiyasının yaradılması yönündə heç bir addım atılmadı, üstəlik Azərbaycan türkcəsində kitab və mədəniyyətlə bağlı nəşrlərin çapına da əmniyəti məsələ kimi baxıldı.

Bu, bir daha göstərir ki, Güney Azərbaycan millətinin “mən türkəm”, “yaşasın Azərbaycan” və başqa bu kimi şüarlara deyil, öz haqları yolunda atılan əməli addımlara ehtiyacı var.

Related Articles

Bir cavab yazın

Back to top button