Dünyaİran

​​İranın İraqdakı tərafdaşı ABŞ-ni təhdid edir

İranyönlü İraq şiə qruplaşması “Hizbullah əl-Nücəba” 500 km mənzilli pilotsuz hücum gəmilərindən istifadə etməyə başlayacağını bildirib.

Təşkilatın bəyanatında deyilir: “Bizim raketlərimiz sizi quruda vurduğu kimi, dənizdə də sizi gözləyən bir şeyimiz var .

Amerikanın İraqdakı bazalarını iranpərəst qrupların atəşə tutmasının intensivləşməsinə (oktyabrın 17-dən noyabrın 21-dək – 30 dəfə) baxsaq, bəyanatın adresatı Vaşinqtondur. ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması İraqın çıxışı olan Fars körfəzində yerləşdirilib.

Hizbullah əl-Nucəba Suriya və İraqda xüsusilə fəal olan İraq şiə yarımhərbi qruplaşmasıdır. Suriyada Bəşər Əsədi dəstəkləmək üçün Əkrəm əl-Kəabi tərəfindən 2013-cü ildə yaradılıb. Qrupa SEPAH-nin “Sepah-e-Qods” xüsusi bölməsi nəzarət edir.

#ABS #İran

Related Articles

Bir cavab yazın

Back to top button