Dünya

ABŞ-da Fələstinə dəstək nümayişlərində 2500 nəfər saxlanılıb

ABŞ-da universitetlərdə Fələstinə dəstək nümayişləri zamanı təxminən 2500 nəfərin saxlanıldığı bildirilib.

Aznews Fox News-a istinadən xəbər verir ki, 18 apreldən bəri şəhərciklərdəki nümayişlərdə saxlanılanların sayının təxminən 2500 nəfər olduğunu açıqlanıb. Gələn həftə ABŞ- da universitetlərdə keçirilməsi planlaşdırılan buraxılış mərasimlərinə baxmayaraq , Fələstinə dəstək nümayişlərinin davam edəcəyi gözlənilir.

Müdaxilələrə baxmayaraq, həftə sonu ölkə daxilində nümayişlər davam edib. Ötən gün Çikaqodakı DePaul Universitetində Fələstini dəstəkləyən tələbələrlə hökumət əleyhinə etirazçılar arasında gərginlik yaşanıb.

Polis ABŞ-ın Cənubi Kaliforniya Universitetində Qəzza Həmrəylik Düşərgəsini dağıdıb.
Şənbə günü Charlottesville şəhərindəki Virciniya Universitetində keçirilən nümayişdə 25 fələstinli tərəfdar saxlanılıb . Cənubi Kaliforniya Universitetində (USC) dünən Los Anceles Polis Departamenti (LAPD) polisi Fələstinə dəstək verən tələbələri uzaqlaşdırıb və şəhərcikdəki Qəzza Həmrəylik Düşərgəsini yığışdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button