Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Zelenski: “Tramp Rusiyanın zərbələrinə göz yumur”

Ukrayna prezidenti Vladimir Zelenski Amerika prezidenti Donald Trampı Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə tənqid etməyə davam edir.

Ukrayna lideri bildirib ki, Rusiyanın təcavüzünü dayandırmayan hər kəs onunla məsuliyyəti bölüşür.

“İndi Amerika, Avropa və dünyada hər kəsin birlikdə Rusiyaya təzyiq edərək bu müharibəni dayandıra biləcəyi məqamdır. Əgər kimsə təzyiq göstərmirsə və müharibəyə can almaq üçün daha çox vaxt verirsə, bu, iştirakçılıq və məsuliyyətdir. Biz qətiyyətlə hərəkət etməliyik”, – Ukrayna dövlətinin başçısı yazıb.

Qeyd edək ki, bir gün əvvəl Tramp Ukraynadakı müharibə ilə uşaq davası arasında analogiya apararaq, münaqişə tərəflərinə “bir az vaxt” verilməli olduğunu deyib. Bundan əlavə, o, həm Ukraynaya, həm də Rusiyaya qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyib.

Related Articles

Bir cavab yazın

Back to top button