İran

İranda şagirdlərin distant təhsillə bağlı problemi həll edilməyib

İranda Təhsil Vəzirliyinin onlayn təhsil proqramından kənarda qalan şagirdlərin sayı 5 milyon nəfəri ötüb. Belə ki, mütəvəssitənin birinci sinfində təhsil alan şagirdlərdən 200 min nəfəri təhsilini davam etdirə bilməyib. Yeni tədris ilindən 5 ay keçməsinə baxmayaraq, ŞAD proqramı vasitəsilə dərslərə qoşula bilməyən şagirdlərin problemi hələ də öz həllini tapmayıb.
Qeyd edək ki, ölkənin 5 ustanında təhsil göstəriciləri ən aşağı həddədir. Özəlliklə Qərbi Azərbaycan 6-cı sinifdən təhsilini dayandıran şagirdlərin sayına görə ilk sıralarda qərarlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button