İran

İran internetin sürətinə görə dünyada sonuncu yerlərdən birini tutur

Son hesablamalara görə, İran Taliban hökuməti iılə eyni səviyyədədir.

Son hesablamalara görə, İran mobil internetin yükləmə sürətinə görə dünya ölkələri reytinqində 9 pillə geriləyib və hal-hazırda bu sahə üzrə Taliban hökuməti ilə eyni səviyyədə qərarlaşıb.

İranın Rabitə və İnformasiyaları Texnologiyaları naziri İsa Zarepurun qarşıdakı günəş ilində internet qiymətlərinin qaldırılacağı barədə bəyanatı ilə eyni vaxtda internetin sürətinin dahada aşağı düşməsi istifadəçilərin narazılığı ilə qarşılanıb.

Sosial media istifadəçiləri məsələ ilə bağlı paylaşımlarında İranda internet sürətini ölkənin avtomobil sənayesi ilə müqayisə ediblər.

“İranda internertin sürəti və qiyməti avtomobil sənayesi ilə oxşardır. Qiymətlər qalxdıqca keyfiyyət dahada aşağı düşür”-deyə, sosial media istifadəçiləri yazıblar.

Qeyd edək ki, hal-hazırda İran internetin sürəti və keyfiyyətinə görə dünyada Şimali Koreya, Yəmən, Əfqanistan və Türkmənistanla eyni səviyyədə dayanır

Related Articles

Bir cavab yazın

Back to top button