AzərbaycanDünya

İki türk ölkəsi Azərbaycan Özbəkistan təlimə başlayacaq

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təlimin birinci qərargah danışıqlarının keçirilməsi məqsədilə Özbəkistan nümayəndə heyəti Azərbaycana səfər edib. Özbəkistanlı nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında keçiriləcək kompüter dəstəkli taktiki komanda-qərargah təlimi haqqında brifinq təqdim olunub.

Bildirilib ki, təlimin məqsədi, icra olunacaq tapşırıqlar və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılan görüşün sonunda komanda-qərargah təliminin yekun protokolu imzalanıb.

Related Articles

Bir cavab yazın

Back to top button