İran

Xarkovda iranlı iş adamı qorxudan həyatını itirib

O, şəhərdən qaçarkən ölüb.

Ukraynada yaşayan iranlı iş adamının Xarkov şəhərindən qaçarkən qorxudan ürək çatışmazlığından həyatını itirdiyi bildirilir.

İranın yarım rəsmi “İRNA” xəbər agentliyi İranın Ukraynadakı səfirliyinə istinadən 51 yaşlı Məhəmmədmöhsün Şuştəriyanın Xarkov şəhərinin çıxışında dünyasını fəyişdiyi barədə xəbəri təsdiqləyib.

Qeyd edək ki, Ukraynada minlərlə İran vətəndaşı var və onlar, özəlliklə öyrəncilər bundan öncə sosial mediada yaydıqları məlumatlarda İran səfirliyinin onuların Ukraynadan çıxarılması ilə bağlı heç bir addım atmadığını, yalnız məsləhət verməklə kifayətləndiyini bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button