İran

Təbrizdə koronavirusla ilgili yeni məhdudiyyətlər tətbiq olunacaq

“Abanın 28-dən gediş-gəliş məhdudiyyətləri tətbiq olunmasına baxmayaraq, Təbriz nömrəli olmayan otomobillərin şəhərdən çıxışına icazə veriləcək”. Bu barədə Şərqi Azərbaycan ustandarının siyasi-əmniyyət işləri müavini Əlyar Rastqu məlumat verib. O, bildirib ki, abanın 30-u səhər saat 10-dan Təbriz nömrəli olmayan maşınların şəhərə girişi qadağan ediləcək. Bu barədə yol polislərinə lazımi məlumatlar verilib. Polisin göstərişlərinə qarşı çıxanlar 500 min tümən məbləğində cərimə olunacaq. Ustan üzrə Koronavirusla Mübarizə Sitadının sözçüsü bu barədə bildirib: “Koronavirusla Milli Mübarizə Sitadının qərarına əsasən, azərin birindən yeni məhdudiyyətlər tətbiq olunacaq. Şəhristanların qırmızı, sarı və ya narıncı durumuna uyğun olaraq məhdudiyyətlər fərqli olacaq. Ayrıntılar qarşıdakı günlərdə açıqlanacaq”. Təbrizin Tibb Elmləri Danişqahı rəisinin sağlıq işləri müavini doktor Dürüsti bildirib ki, iblağ edilmiş yeni məhdudiyyətlər iki həftə müddətində icra olunacaq. “İki həftə bitdikdən sonra nəticələrə uyğun olaraq qərar veriləcək. otomobillərlə ilgili qadağalar şəhərlərarası tətbiq olunacaq. Vəziyyətləri qırmızı olan şəhərlərdə ancaq birinci qrup, sarı şəhərlərdə birinci, iki və üçüncü, ağ olan şəhərlərdə bütün dörd qrupa daxil iş yerləri fəaliyyət göstərəcək. Ustan idarələrinin işçiləri qırmızı şəhərlərdə üçdə bir, narıncı şəhərlərdə ikidə bir, sarı şəhərlərdə isə üçdə iki sayda fəaliyyət göstərəcəklər. Bu barədə bildiriş hələ göndərilməyib”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button