Dünyaİran

Birləşmiş Millətlər Təşkilatə İranlı boksçunun edamını pislədi

Birləşmiş Millətlər Təşkilatı Ələhvaz şəhərinin Şeyban zindanında iranlı boksçu Əli Muteyrinin edam hökmünün icrasını qınayıb. Bildirilib ki, ötən ilin desambrında ən azı 28 nəfərin edam cəzasının icrası beynəlmiləl təşkilat tərəfindən sərt qınanılır. Məlumata görə, boksçu Əli Muteyrinin faciəvi edamı son dörd ayda İran hökuməti tərəfindən idmançıların öldürülməsi ilə bağlı qeydə alınan üçüncü belə haldır.
Qeyd edək ki, Əli Muteyri 2018-ci ilin meyində tutuqlanıb. İdmançı Ələhvaz Cinayət Məhkəməsi tərəfindən “savaş, yer üzündə fəsad törətmək və Bəsic qüvvələrinin üzvlərindən ikisinin öldürülməsi” ittihamı ilə təqsirləndirilib. Məhkəmənin qərarına əsasən 30 yaşlı boksçuya edam hökmü çıxarılıb.

Related Articles

Bir cavab yazın

Back to top button