İran

Ruhani koronavirusa görə İranda 1 milyon 100 min nəfərin işsiz qaldığını etiraf etdi

“Koronavirus ucbatından 1 milyon 100 min nəfərin işsiz qaldığını bilirəm. Bir milyon insanın işsiz olması neçə milyon nəfərin ağır vəziyyətdə yaşaması, məşəqqət çəkməsi deməkdir”.
Bu sözləri Həsən Ruhani ölkənin milli projələrinin ötən gün keçirilən açılış mərasimində deyib.

O, bu durumun başqa səbəblərinin Amerikanın icra etdiyi təhrimlər, quraqlıq və sel kimi amillərlə bağlı olduğunu bildirib.

Ruhani 8 illik prezidentlik dövründə hökumət işçilərin aylıqlarını 5.5 dəfə, baznişəstələrin isə aylıqlarını 7 dəfə artırmasını iddia etməsinə baxmayaraq, bunun əhalinin durumunun müsbətə doğru düzəlməsində yetərli olmadığını deyib. O, habelə xalqın böyük sıxıntı və əziyyət çəkdiyini etiraf edib.

Xatırladaq ki, İran məsulları ölkədə baş alıb gedən işsizliyi təhrimlər, koronavirus və başqa bu kimi amillərlə bağlayırlar. Ancaq İrana qarşı təhrimlər olmayanda və koronavirus ortaya çıxmazdan öncə də ölkə əhalisi ağır durumda yaşayırdı. İran rejimi neftdən əldə etdiyi gəlirləri xalqın rifah halının yüksəldilməsinə xərcləmək yerinə, raket və atom proqramı, eləcə də Yaxın Şərqdə fəaliyyət göstərən özünə bağlı teror qruplarına xərcləyirdi və hələ də ağır iqtisadi durumun olmasına rəğmən, bu siyasəti davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button