Dünya

Fransada etiraz aksiyaları zamanı 100-ə yaxın polis əməkdaşı xəsarət alıb

Şənbə günündən Fəransənin 70 şəhərində davam edən etiraz yürüşləri zamanı 98 polis və jandarma əməkdaşı müxtəlif dərəcəli yaralanıblar. Bu barədə Fəransə Daxili İşlər Vəziri Cerald Darmanen “Tuiter” hesabında yazıb. Vəzir qeyd edib ki, qanuna zidd hərəkət edənlər cəzalandırılacaq. Rəsmi məlumatlara görə, etiraz yürüşlərində 130 mindən çox insan iştirak edib. Yürüşçülərin hesablamalarına görə isə bu rəqəm 500 min olub. Qeyd edək ki, etiraza səbəb novambrın 24-də Fəransə parlmanının aşağı qurupu “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin ilk oxunuşda qəbul edilməsi olub. Qanunun 24-cü maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. Jurnalist İşçilər birliyi və müxalifət tərəfindən qanuna edilən bu dəyişiklik söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. Qanunu pozan şəxs üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub. Sənədin gələn ilin janviyəsində Fəransə parlmanının yuxarı qurupu olan Senaya göndəriləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button