Azərbaycanİran

Kərəcdə gənc şairə Hədis Nəcəfi güllələnib

Sentyabrın 23-ü gecə saatlarında Kərəc şəhərinin "Erəm" buvarında keçirilən dinc etiraz aksiyası zamanı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfi hökumət məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib.

Ürək və sol qolundan altı güllə yarası alan Hədisin yerindəcə keçindiyi bildirilir.

Qeyd edək ki, sentyabrın 24-ü axşam İran televizyası aksiyalar zamanı öldürülən etirazçı sayının 41 nəfər olduğunu desə də, insan haqları təşkilatları bu rəqəmin həqiqəti əks etdirmədiyini və ölü sayının bir neçə dəfə çox olduğunu bildirirlər.

Hədis Nəcəfi gənc şairə, ədəbiyyatçı olub. Yazdığı şeirləri öz səsi ilə oxuyub, yayıb və gənclər arasında çox sevilən adlardan biri kimi tanınır.

Onun dostlarının çəkdiyi fotoda Hədis Nəcəfinin gülələnmədən bir neçə dəqiqə qabaq saçını bağlayaraq aksiyaya hazırlaşdığı əks olunub.

Hədis Nəcəfinin yazdığı son şeirin tərcüməsi:

Çillənin səsini eşidirsən?
Bu gecənin sonunda həyəcan siqnalı kilsə zəngi kimi qulaqlarda çalır…
Getməyi xatırladır.
Özü ilə sevgi aparır…
O, payız gəzintilərinin sevincini unudur.
Pıçıltı ilə dua oxuyur, o gözəl gülüşlər üçün ürəyi çırpınır…
Payızın gəlişindən yaranan o daxili ehtiraslar.
Ancaq əfsus! H.N

Related Articles

Bir cavab yazın

Back to top button