Dünyaİran

Iranda dini azadlıqlar sistemli şəkildə pozulur

2023-cü ildə İranda dini azadlıq şərtləri son dərəcə zəif olaraq qalsa da, təhlükəsizlik qüvvələrinin zorakı repressiyalarına baxmayaraq, məcburi hicab qanunlarına, din və ya inanc azadlığına qoyulan digər məhdudiyyətlərə etirazlar davam edib.

Bu barədə ABŞ-in Beynəlxalq Dini Azadlıq Komissiyasının illik hesabatında deyilib.

Qurum, 2023-cü ildə dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı hesabatında ABŞ hökumətinə dini azadlıqların sistemli və dəhşətli şəkildə pozulması səbəbindən İranı “xüsusi narahatlıq doğuran ölkələr” sırasına yerləşdirməyi tövsiyə edib.

“ABŞ hökuməti dinc nümayişlər və həmkarlar ittifaqı tətilləri vasitəsilə din və əqidə azadlığına can atan iranlılara maliyyə və texniki dəstək üçün lazımi icazələri verisin,- qurum tələb edib.

Qeyd edək ki, Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyası 1998-ci ildə Beynəlxalq Dini Etiqad Azadlığı Aktı əsasında yaradılmış ABŞ federal hökumətinin müstəqil agentliyidir.

Bu komissiyanın yaradılmasında məqsəd Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin əsas elementi kimi dini etiqad azadlığı məsələlərində insan haqlarını təşviq etməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button