İran

Kəleybər bölgəsində dəhşətli sel daşqını meydana gəlib

Ötən axşam Şərqi Azərbaycan əyalətinin Kəleybər bölgəsində baş verən güclü daşqın nəticəsində üç nəfər ölüb 2 nəfər isə itkin düşüb.

Ədalət Hacipur, Kəlybərin fərmandarı şəhərin su basmış bölgələrindəki son vəziyyətini açıqlayıb:

Selinçayı ilə Kəlybərçayı boyunca bağlar daşqınlar nəticəsində zərər gördü

Şəhid Ləşkərinin kənd yolları, körpüləri, qaz lüləs xətti, elektrik enerjisi, içməli su və içməli su təmizləyici qurğusunun altyapıları ciddi şəkildə zədələnib.

Sel nəticəsində 200 -ə yaxın yüngül və ağır başlı mal -qara itib, 9 avtomobil, 2 traxtur və kənd işləri ədəvatı daşqınlar altında qaldı.
Qruplar itkin düşən Kəleybər vətəndaşlarını araşdırır.
O, artırıb ki, Çox qısa müddətdə 70 mm yağış daşqına səbəb oldu və nəticədə Kəleybər şəhərinin Alt quruluşuna böyük ziyan dəyib.
“ANT” xəbər verir ki, 100 evin boşaldıldığı və sakinlərinin başqa yerlərə köçürüldüyü bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button