İran

İnterpolun axtarışa verdiyi İran rəsmisinin Nikaraquaya səfəri Argentinanı qəzəbləndirdi

İran prezidenti İbrahim Rəisinin iqtisadi məsələlər üzrə müavini Mohsen Rzayinin Nikaraquanın yeni prezidentinin andiçmə mərasiminə qatılması Argentina hökumətinin kəskin qəzəbinə və tənqidinə səbəb olub.

İran prezidenti İbrahim Rəisinin iqtisadi məsələlər üzrə müavini Mohsen Rzayinin Nikaraquanın yeni prezidentinin andiçmə mərasiminə qatılması Argentina hökumətinin kəskin qəzəbinə və tənqidinə səbəb olub.

“Aznews tv” xəbər verir ki, Argentina hökuməti Rzayinin 1994-cü ildə bu ölkənin paytaxtı Buenos Ayres şəhərindəki yəhudi mərkəzində bomba partlayışında əli olduğunu bildirərək onun Nikaraquada dövlət mərasiminə qatılmasını tənqid edib.

Argentina prokurorları və məhkəmə orqanları dəfələrlə 85 nəfərin ölümü ilə nəticələnən bu partlayışda İranın əli olmasını vurğulasa da, rəsmi Tehran bunu inkar edib.

Argentina Xarici İşlər Nazirliyi yanvarın 10-da Mohsen Rzayinin Nikaraqua prezidentinin andiçmə mərasiminə qatımasına kəskin reaksiya bildirərək bunu ədalətin və Buenos Ayresdə törədilmiş vəhşi terror hücumunun qurbanlarının təhqir edilməsi adlandırıb.

Qeyd edək ki, Mohsen Rzayi və İranın daxili işlər naziri Əhməd Vəhidi 2007-ci ildən İnterpol tərəfindən axtarışa verilən SEPAH komandanlarıdır.

Related Articles

Bir cavab yazın

Back to top button