Dünyaİran

Hindistan, İran və Ermənistan Avropaya yeni dəhliz barədə danışıqlar aparırlar

Ərəb körfəzi-Qara dəniz dəhlizinin tikintisi təklifi ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri çərçivəsində yüksək vəzifəli şəxslər və ekspertlərdən ibarət Ermənistanlı qrup tərəfindən irəli sürülüb.

Bununla bağlı Hindistan da İran hakimiyyəti ilə danışıqlara başlayıb.

Təklif olunan dəhlizin məqsədi- Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə paralel olaraq Mumbayı İranın Bəndər Abbas limanına, sonra Ermənistana, oradan da Avropaya və ya Rusiyaya birləşdirməkdir.

Sözügedən dəhliz özü də Ermənistan və ya Azərbaycan üzərindən İranı Gürcüstanla birləşdirə bilər. Ermənistan və Azərbaycanın Gürcüstanla birbaşa avtomobil və dəmir  yolu əlaqəsi var, Azərbaycanın isə özünün dəmir yolu xətti var.

Related Articles

Bir cavab yazın

Back to top button