Azərbaycan

Milli fəal Behnam Zareinin həbsi ilə bağlı qərar qüvvədə saxlanılıb

Milli fəal Behnam Zarei barədə məhkəmə qərarı qüvvədə saxlanılıb. Bu barədə fəalın yaxınları məlumat verib.

Məlumata görə, Şərqi Azərbaycanın Vərziğan şəhərinin İnqilab Prokurorluğu onun barəsində həbs qərarını qüvvədə saxlayıb.

Bir ay öncə həbs edilən Zareinin barəsində araşdırmalar başa çatsa da, Əhər zindanında saxlanılan media fəalının girov qarşılıında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına icazə verilməyib.

Bununla yanaşı Behnam Zareinin ailə üzvləri ilə görüşü və telefon danışığına qoyulan qadağa da götürülməyib.

“Uzun mübahisələrdən sonra Şərqi Azərbaycan İnsan Haqları Mərkəzinin üzvü, vəkil Əsgər Məhəmmədinin Behnam Zareinin vəkilliyini etməsinə razılıq verilib”-deyə, fəalın yaxınlarının verdiyi məlumatda bildirilib.

Behnam Zarei iyulun 9-unda Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Məlumatda milli fəalın mobil telefon, bilgisayar və başqa şəxsi əşyalarının məmurlar tətəfindən müsadirə edildiyi, onun özünün Əhər şəhərinə aparıldığı qeyd olunub.

Qeyd edək ki, Behnam Zarei kənd təsərrüfatı elmləri üzrə bakalavrlar və siyasi elmlər üzrə aspirantdır.

Related Articles

Bir cavab yazın

Back to top button