İran

“Sepah” Suriyada özünə bağlı terrorçular üçün təlim düşərgəsi salır

İran "Sepah" və Livanın "Hizbullah" yaraqlı dəstəsi vasitəsilə Suriyanın Hüms mühafizəsinin Zəğrutiyyə kəndi ərazisində yeraltı təlim düşərgəsi salır.

“Aznews tv” xəbər verir ki, bu barədə İsrailin “ALMA” Araşdırma Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Suriyada gedən vətəndaş müharibəsi zamanı kəndin əhalisinin hamısı buradan köçməyə məruz qalıb. Nəticədə fürsətdən istifadə edən İran kəndi zəbt edərək öz hərbi məqsədləri üçün istifadə etməyə başlayıb.

Hazırda tikilməkdə olan düşərgə yeraltı (tunel) döyüş əməliyyatlarını icra edə bilməyin sirlərinə yiyələnmək üçün Hizbullah, Suriya və İraqda döyüşən şiə yaraqlılar, Yəmən “husiləri” və Fələstinin İslami Cihad Təşkilatı kimi qruplaşmalara təlim vermək üçün nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Back to top button