İran

Həmədanın Bahar əyalətində zəfəran yığımına başlanılıb

Həmədan ustanı “Cahad Kişavərzi” Sazimanının müdiri Əbdül Hüseyn Əkbəri Bahar şəhristanı tarlalarında zəfəran yığımına başlanıldığını açıqlayıb. Məlumata görə, şəhristandan bu il 70 kiloqram məhsul əldə olunacağı gözlənilir.
Qurum rəsmisinin sözlərinə görə, Bahar şəhristanın 18 hektar əkin sahəsində zəfəran əkilib. Bu miqdardan 2 hektarı bu ildə artırılıb.
Qeyd edək ki, zəfəran yığımı mehrin sonlarından başlayır və abanın sonlarına kimi davam edir. Bu bitkinin soğanağı əkildikdən sonra, 7 ilədək çiçəkləyə bilir.

Related Articles

Bir cavab yazın

Back to top button