Dünya

İrəvandakı aksiyada qarşıdurma – 38 nəfər yaralandı

Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında toqquşma yaşanıb.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistanın Səhiyyə Nazirliyi toqquşmalarda 38 nəfərin yaralandığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin polis əməkdaşı olduğu qeyd edilib.

Polis aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib.

Qeyd edək ki, bu gün Ermənistan müxalifəti İrəvandakı Fransa meydanında keçirilən mitinqdən sonra hökumət binasına doğru yürüş edib. Müxalifət liderləri tərəfdarlarına müraciət edərək binanın bütün girişləri bağlamağa çağırıb. Aksiyaçılar “Nikolasız Ermənistan” şüarları səsləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button