İran

Fransa İranın milli qolf komandasına viza vermədi

İran mediası bu ölkənin milli qolf komandasının vizaları verilmədiyi üçün Fransaya səfərini ləğv etdiyini açıqlayıb.

Bu xəbərə görə, qolf üzrə milli komandanın üç oyunçusu bu gün Parisdə başlayacaq dünya çempionatında iştirak etmək üçün Fransaya getməli idi, ancaq “Xarici İşlər Nazirliyinin arayışına əlavə olunmuş” sənədləri göndərməsinə baxmayaraq, onlara viza verilməyib.

Bu son bir neçə ayda təkrar olan neçənci belə hadisədir və Qərb ölkələri İranın karate, taekvando, basketbol, atletika və b. komandalarına viza verməkdən imtina ediblər.

Qeyd edək ki, Yaxın Şərqdə öldürülən amerikalı əsgərlərin qohumları və İranın müxalifləri İran komandalarında çox sayda İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri və tərəfdarlarının olduğuna inandiqları üçün Qərb dövlətlərindən İran komandalarına viza verilməməsini istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button